Türkiyədə yaşayan iş adamı Rza Zərrabın sərvəti açıqlanıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı Zərrab 300 milyonluq daşınmaz əmlaka, 30 milyonluq bank ipotekasına sahibdir. Yazıda onun Türkiyənin müxtəlif yerlərində aldığı torpaq sahələrinin, iş yerlərinin siyahısı haqqında da məlumat verilib.
Qeyd edək ki, türkiyəli müğənni Ebru Gündeşlə evli olan Rza Zərrab bir neçə gün əvvəl qızı Alara üçün Bursada 20 ədəd ingilis cinsi atın saxlanılması üçün tövlə tikdirib. İş adamı bu ərazini qızı Alaraya hədiyyə edərək, onun adına keçirib.