Müğənni Ebru Polat “Hürriyet”ə müsahibə verib.
Oxu.Az xəbər verir ki, ifaçı seksual rəqs etdiyini və hətta psixoloq olmaq istədiyini söyləyib.
-Karyeranızda dönüş nöqtəniz nə idi?
- Mən musiqiyə digərlərindən 1-0 öndə başladım. Bu mövzuda təvazökar davranmayacağam, çünki mənim təhsilim hər kəsdən yaxşı idi. Hüquq fakültəsini bitirdim və bir il vəkillik etdim. Ondan sonra musiqiyə keçdim. Londonda musiqi təhsili aldım.

-Mahnılarınız qədər rəqsləriniz də diqqət çəkir...
- Çox yaxşı rəqs edə bilmirəm, amma seksual rəqs etdiyimi söyləyirlər.
-İrəlidə özünüzü hansı nöqtədə görmək istəyirsiniz?
- 10 il sonra özümü klinikada psixoloq kimi görmək hədəfim var. Bunun üçün magistr təhsili alıram. Müğənnilik son nəfəsimə qədər davam edəcək, amma onunla yanaşı insanlarla ünsiyyəti sevdiyim üçün psixoloq olmaq istəyirəm.

-Ərəb ölkələrindən sizə qarşı çox maraq var. Xüsusilə, ərəb qadınlarının sevimlisisiniz. Onlarla daha yaxından ünsiyyət qura bilmək üçün orada konsert verə bilərsinizmi?
- Mən də onları çox sevirəm. Dubayda yaşayan bir ərəb müğənnidən duet təklifi almışam, onu dəyərləndirəcəyəm.
-Hansı tip kişilər sizi özündən itələyir?
- Kobud və romantik cəhətdən kasıb olan kişilərdən xoşum gəlmir.