Müğənni Ebru Polat yeni sevgilisi ilə Bodrumda dincəlir.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük yaxta ilə dəniz səyahətinə çıxıb.
Xatırladırıq ki, bir müddət əvvəl sevgilisi ilə birlikdə gəmidə poza verən Polat pərəstişkarlarının sərt reaksiyası ilə qarşılaşmışdı. Məşhur müğənni haqqında sosial şəbəkədə “Bu necə rahatlıqdır belə?”, “Pul belə bir şeydir”, “Şəhidlərdən utan” kimi tənqidi yazılar yazılmışdı. Polat reaksiyalara baxmayaraq şəkilini İnstagram hesabından silməmişdi.