Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ədalət Şükürov: Qızımın biznesi var
Əməkdar artist Ədalət Şükürov övladlarından danışıb.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, “Bizim gün” verilişinin qonağı olan müğənni qızının biznesindən bəhs edib:
“İşimlə bağlı uşaqlara çox vaxt ayıra bilmirəm. Onların tərbiyəsi ilə anaları məşğul olur. Buna görə, uşaqlar şikayətlənmir, bilirlər ki, ataları işləyir. Boş vaxtımda isə evimdə oluram. Asudə vaxtlarında gecə saat üçə kimi domino oynayan adamlar mənə çatmır. Qızım artıq böyüyüb, öz seçimini edib. Onun kiçik biznesi var. Xarici bir firmanın nümayəndəsidir. Əlbəttə ki, o, bunları bizim məsləhətimizlə edib. Oğlum isə 11-ci sinifdə oxuyur. O da seçəcəyi peşəni dəqiqləşdirib. Neft üzrə təhsil alacaq, əsgərliyini qurtarandan sonra isə çalışacaq, Azərbaycana xidmət edəcək”.
Rəylər