Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ədalət Şükürov xalq artisti oldu – FOTO
Azərbaycanın və Dağıstanın əməkdar artisti Ədalət Şükürov Dağıstanda xalq artisti adına layiq görülüb.
Oxu.Az-ın məlumatına görə, day.az-a danışan sənətçi deyib ki, dünən böyük təqdimatla şəxsən Dağıstanın prezidenti Ramazan Abdulatipov tərəfindən təltiflənib. Bundan başqa, ona “Dağıstanda xidmətlərinə görə” medalı da təqdim olunub.
Bu hadisə Dağıstan Respublikasının konstitusiyası gününə təsadüf edib.
Sənətçi onu da əlavə edib ki, 2000-ci ildən etibarən mütəmadi olaraq bu ölkənin əhəmiyyətli tədbirlərində çıxış edir. Onların arasında Dərbəndin ad günü, “Gənclər Günü”, Respublika və konstitusiya günü və digərləri kimi əhəmiyyətli tədbirlər var.
Dağıstan hökuməti “Xalq artisti” adına görə sənətçiyə 4500 rubl aylıq müavinət, Mahaçqala şəhərinin ətrafında 10 sot torpaq sahəsi ayırıb.