Əməkdar artist Ədalət Şükürov evinin dizaynını prezidentin malikanəsinə bənzətdi.
Oxu.Az Gecce.az-a istinadla xəbər verir ki, “Hər şey daxil” verilişinin qonağı olan əməkdar artist Ədalət Şükürov, canlı yayımda evinin görüntülərini əks etdirən videoçarx və fotoları tamaşaçılarla bölüşüb. Şou-biznesin biznesmen müğənnisi milyonlarla qiyməti olan malikanəsi haqda bunları söyləyib:
“Bu, bizim hal-hazırda yaşadığımız mənzildir. Bir firmanın 127 mebeli gəldi. Hamısının arxasınca özüm getmişəm. Özbəkistanın keçmiş prezidentinin də evini bu dizaynda təmir etmişdik. Bunu mən özüm elətdirdiyim üçün bu dizayn mənə hələ ucuz başa gəlib. Belə kimsə elətdirsə, əlbəttə çox çətin və baha başa gələcək. Evin qapısı barmağın izi ilə açılır. Bu təmir işi 3 il bundan öncə olub”.