Müğənni Elariz Məmmədoğlu silikonlu kişi həmkarlarını sərt tənqid edib.
Oxu.Az xəbər verir ki, ifaçı “Şoubiz+” verilişinə açıqlamasında kişilərin plastik əməliyyat etdirmələrindən danışıb:
“Burnumda əyrilik olsa idi, nəfəs ala bilməsəydim plastik əməliyyat etdirərdim. Mənə deyirlər ki, qaşlarını qayçı ilə düzəlt. Mən bunu edə bilmərəm, ayıbdır. Qaşını alan kişilərə pis baxıram. Kişi sənətçilər qaşlarını alıb, dodaqlarını silikon etdirirlər. Əndrabadi “kişi” olurlar. Sonra da Elarizi, Eyyubu bəyənmirlər. Münasibətin pozulmaması üçün adam deyə bilmir ki, get güzgüdə özünə bax. Sonra bizi bəyənmə”.
Aytən Sadıqzadə