Elçin Əlibəyli müəllifi və aparıcısı olduğu verilişdə daha bir təəccübləndirici etiraf edib.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, Əlibəyli “Oturduğumuz yerdə” verilişində hər həftə müzakirəyə qoyulan mövzulara qonaqların rəylərindən çox açıqlamaları ilə damğasını vurmağı bacarır.
Bu dəfə də təəccübləndirici açıqlama verən Elçin, həyat yoldaşına etdiyi xəyanətlərdən danışıb. “Elçin müəllim, bəs siz xəyanət etmisinizmi?” sualına belə cavab verib:
“Bəli...bəli. O qədər xəyanət etmişəm ki. Heç yadıma da gəlmir. Burada nə var ki?”.