Ötən gün ANS-in “Adam içində” verilişində aparıcı Elgiz Əkbərlə müğənni Şəbnəm Tapdıq arasında mübahisə yaranıb.
Oxu.Az xəbər verir ki, Elgiz “Siz indi burda bizə dərs keçmək istəyirsiniz? Deyirəm ki, sizin iddia etdiyiniz adam burda olmalıdır. Siz məni özümdən çıxarırsınız”,- deyə proqramda qonaq olan Şəbnəm Tapdığın üstünə qışqırıb.
Müğənni isə aparıcıya “Heç mənim atam, o boyda xalq şairi mənə qışqırmır, sən də mənə qışqırma”, - deyə cavab verib.
A24.az-a istinadla həmin videogörüntünü təqdim edirik: