Elgiz Əkbər və Natavan Həbibi ANS telekanalında qonaq olublar.
Oxu.Az məlumat verir ki, ANS telekanalında yayımlanan “İncə maraqlar” verilişində qonaq olan tanınmış aparıcı Elgiz Əkbər Aygün-Natavan qalmaqalına münasibət bildirən zaman bunları deyib:
“Azərbaycanda 30 mindən artıq erməni yaşayır. Heç kim burada yaşayan erməniləri qovmur. Siz də bunu etiraf etsəz, heç bir problem olmaz. Əgər belə bir şey yoxdursa, bəs nə üçün Natavan Həbibi doğum haqqında şəhadətnaməsini göstərmir? O göstərilən zaman Aygün Kazımova sizi erməni adlandıra bilməz. Bütün insanlara da hər şey aydın olar”.
Natavan Həbibi bu münasibətə belə açıqlama verib:
“2007-ci ildə mən “Nömrə 1” yarışmasında Aygün Kazımovaya qalib gələndən sonra bu erməni söz-söhbəti yarandı. 1996-cı ildə mən ailəmlə birlikdə Türkmənistanda vəziyyət yaxşı olmadığı üçün Azərbaycana gəldim. Türkmənistanda adlı-sanlı nəslimiz, kökümüz var. Mən əsl azərbaycanlıyam. Nəyə görə mən ona doğum haqqında şəhadətnaməmi göstərməliyəm? Mən heç onunla danışmaq istəmirəm. Bütün sənədlərim məhkəməyə təqdim olunub. Qanun var, məhkəmə var!
Orada sübut edər ki, Natavan ermənidir, yoxsa yox? O bütün “İnstagram”da, sosial şəbəkələrdə məni təhqir etdi. Sonra da sildi. Amma məndə bütün sübutlar var. İşə bir bax ki, bu boyda respublikada bir dənə Aygün Kazımova ağıllı çıxdı? Aygün mənim üçün heç nədir və heç kimdir! Niyə onun şərinə görə tamaşaçı məni səhv anlasın axı? Bəziləri susmağımı deyir. Xeyir ola susmalıyam? Axı, haqlı mənəm və bunu sübut edəcəm”.
Aytən Sadıqzadə
www.oxu.az