Son zamanlar cəmiyyət arasında müzakirə olunan məsələlərdən biri də orqanları bağışlamaq mövzusudur.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, məşhur aparıcı Elgiz Əkbər də orqanlarını bağışlayacağını açıqlayıb. ANS telekanalında yayımlanan “Adam içində” verilişinin aparıcısı canlı yayımda şok açıqlama verib:
“Vəsiyyət etmişəm ki, mən öləndən sonra orqanlarımı ehtiyacı olan xəstələrə bağışlasınlar”.
Onun sözlərinə görə, insanların işi orqan alverçilərinin əlinə keçməsin deyə bu addımı atıb:
“Mən öləndən sonra yaxşılıq etmiş olsam çox rahat olaram”.