Müğənni Əli Mirəliyev vaxtilə “Maşın” şouda iştirak etdiyi zaman verilişin digər iştirakçısı, Əməkdar artist Nurlan Növrəslini döydüyünü iddia edib.
Oxu.Az bu barədə Yenicag.az-a istinadla xəbər verir.
“Vaxtilə “Maşın” şouda iştirak etdiyim zaman Nurlan Növrəsli ilə qalmaqalım yarandı. Onun xətrini çox istəyirdim, gözləmədiyim halda dedi ki, “Əli müəllim, sizi şoudan uzaqlaşdırmaq istəyirəm”. Səbəbini soruşanda “Siz təmiz insansınız, bu iyrəncliklərə layiq deyilsiniz” söylədi.
Ona “Lazımdırsa, özün rədd ol get, mən sənin atan yaşındayam, nə haqla məni şoudan çıxarırsan?” dedim. Efirdən sonra qaldığımız hoteldə onu döydüm, çünki bərk əsəbiləşmişdim. Sonradan öyrəndim ki, mənə qarşı bu hərəkətinə görə dayısı da onu döyübmüş. İndi münasibətimiz yaxşıdır”, - deyə Ə.Mirəliyev bildirib.
Nurlan Növrəsli

A.S.
www.oxu.az