Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu: "Dostuq"
"Mənim sevən vaxtım çoxdan keçib. Artıq qatarım gedib. Zarafatla bir söz demişəm, aləm dəyib bir-birinə".
Bunu "Qaynarinfo"ya açıqlamasında müğənni Əlikram Bayramov həmkarı Mənzurə Musayevaya ünvanladığı "Səni sevirəm" mesajına aydınlıq gətirərkən deyib.
Sənətçi Mənzurə Musayeva ilə ailəli dost olduqlarını bildirib:
"Dostuq. Biz onlara, onlar da bizə gəlib-gedirlər. Qardaşı da yaxın dostumdur. Sevən vaxtım keçib. Mənim kiməsə mesaj yazan vaxtlarım deyil, nəvələrim var. Mənzurə mənim evimə gəlib-gedən adamdır".
Əlikram Bayramov həyat yoldaşına sadiq olduğunu qeyd edib:
"Bir sevgim olub, o da həyat yoldaşım".
Qeyd edək ki, müğənni Əlikram Bayramov verilişlərin birindən həmkarı Mənzurə Musayevaya mesaj göndərib. Müğənni həmkarını sevdiyini açıqlayıb:
"Mən Mənzurəni sevirəm. Nə var ki, burada? Sevgi azaddır".
Rəylər