Teleaparıcı Elnarə Təhməzova “Günəbaxan” verilişinin qonağı olub.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, verilişdə qonaq olan teleaparıcı kişilərdən danışıb:
“Alfons və şərəfli oğlan arasında böyük fərq var. Heç kim inciməsin, indiki oğlanlar qadın aparıcılara yaxınlaşmağa qorxur. Düşünürlər pulum yoxdu heçnə alınmaz. Bilirsiniz niyə? Çünki özlərinə güvənmirlər. Çox şey isə onu tərbiyə edən anadan asılıdır. Çünki o, övladını istədiyi kimi tərbiyə edib. Yaxşı və hər şeyin yerini bilən valideynlər övladını yaxşı tərbiyə edir. Şərəfsizliyin zəmanəsi yoxdur. Şərəfsiz insan övladını da şərəfsiz böyüdür. Ümumiyyətlə, yaxşı oğlanları yetişdirən anaların əllərindən öpürəm. Puluna yox, özünə güvənən kişilər həmişə haqlı olurlar. Haqsızlığı isə götürmürlər. Onların qarşısına kimi istəyirsən çıxart, sözünü deyəcək”.