Müğənni Elnarə Xəlilova ilə həmkarı Səidə Sultan arasında söz-söhbət davam edir.
Oxu.Az xəbər verir ki, saytların birində S.Sultanın “Space” telekanalının “Əsl şou” verilişində aparıcılıq etməsi ilə bağlı yer alan yazını “Facebook” səhifəsində paylaşan Elnarə Xəlilova həmin xəbərə münasibət bildirib:
“Sonra deyirsiniz “Elnarə xanım, efirlərə niyə çıxmırsınız?” Efir zibilxana olub. Milli Televiziya və Radio Şurası hara baxır?”
Qeyd edək ki, bir zamanlar aparıcılıq edən E.Xəlilova ilə həmkarının qalmaqalına səbəb S.Sultanın ona “zövqsüz” deməsi olmuşdu.