Xeyli müddətdir sənətdən uzaq düşən Elşad Xose yenidən yaradıcılığına start vermək niyyətindədir.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, reperin dediyinə görə, o, səhnə fəaliyyəti ərzində növbəti solo konsertini verəcək:“Sənətimi sevənləri mayın 27-si baş tutacaq solo konsertimə dəvət edirəm. Konsertim barədə onu deyə bilərəm ki, gecədə bir çox sürprizlər gözlənilir”.