Xəbər verdiyimiz kimi əməkdar artist Elza Seyidcahan təyyarədə konsert verəcək.
Oxu.Az xəbər verir ki, müğənni bu haqda “Onlar”a geniş açıqlama verib:
“Elza Seyidcahan heç vaxt belə məsələlərdə zarafat etməyib. Bu konsert zarafat deyil. Artıq hazırlıqlara başlanılacaq. Mən boş-boş sözlərlə nə özümü reklam etmişəm, nə gündəmə gəlmişəm, nə də istəmişəm ki, məndən danışsınlar. Danışanlar da bundan şou yaradıb parodiya ediblər. Ağız torba deyil ki, büzəsən. Təyyarədə verəcəyim konsert zamanı tamaşaçılara yemək də, əllərini silməyə dəsmal da veriləcək”.