Qeyri-adi geyimləri, saç düzümləri, layihələri ilə zaman-zaman gündəmə gələn Elza Seyidcahan son zamanlar yeni hobbisi ilə diqqətləri öz üzərinə çəkməyi bacarır.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, yazdığı şeirlərin müzakirə obyekti olmasına əhəmiyyət verməyən bəstəkar-müğənni yeni şeirini İnstagram-da paylaşıb.
Elza xanımın budəfəki poetik düşüncələri eşqə həsr edilib. Misralarda eşq axtarışında olan qadının ürəyindən süzülən kəlmələri hiss etməmək mümkün deyil.
Elza Seyidcahan adəti üzrə şeirin sonunda “Yazması Elzadan, yozması eldən” yazıb və “Eşq səni yaşadırsa, eşq olsun o eşqə” deyə əlavə edib.
Ekstravaqant sənətçinin “Eşq” adlanan şeirini kiçik redaktə ilə, daha doğrusu hərf düzəlişi ilə təqdim edirik:
Özümə eşq axtarıram.
Mənə sadiq, layiq olsun...
Çünki mən oz sevgilimə
Etibarlı bir Hürrəməm.
Hümkar sevgilim olmasa,
Esg səfərindən dönmərəm!
Bu səfərdən döndərməyə
Gücün çatır döndər məni!
Bəlkə sənsən eşq yoluna
Sığal çəkib gəzən məni?
Döndər məni o üzünə
Çöndər məni bu üzümə.
Mən də baxım bu üzünə...
Mən də baxım səmalarda
Göy üzündə bizim kimi
Dəlicəsinə bir-birinə naz eləyən
Mələklərin süzməsinə...
Üzməsinə, sevməsinə...
Orda bir şey tapmayacam
Onu bildim!
Yalanların keçməsini
Yalanların ötməsini.
Onda bəlkə göy üzünə
Gedək aşqım?!
E.Ə.
www.oxu.az