Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışının qonağı Əməkdar artist Elza Seyidcahan olub.
O, bayağı mahnıların cəmiyyət tərəfindən daha çox bəyənilməsindən danışıb:
“Artıq camaatı manqurtlaşdırmağa çalışırlar. Bunu edən musiqiçiləri cəzalandırmaq üçün onları televiziyalara çağırmamaq lazımdır. Həmin adamlar sosial şəbəkələrdə qalmalıdırlar. Efirə buraxılmasalar, sənəti öyrənməli olacaqlar”.
E.Seyidcahan şeirlərinə görə onu qınayanlara oğlunun münasibətindən də bəhs edib:
“Oğlum artıq məni başa düşür. O həm də mənim dinləyicim, tamaşaçım, oxucumdur. Dahinin uşağı dahi olmur ki. Oğlum baxırdı ki, savadsızın biri onun savadlı anasına söz deyir. Ona görə də mənə söyləyirdi ki, şeir yazma. Amma indi dərk edir ki, mən bunu bəşəriyyət üçün edirəm”.
Ətraflı süjetdə:
Əməkdar artist Elza Seyidcahan: “Mən şeirlərimi bəşəriyyət üçün yazıram” - VİDEO
Rəylər