Əməkdar artist Bəsti Seydiyeva “Düzünü desək” verilişində qonaq olub.
Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan sənətçi ailədə baş verən söz-söhbətlərdən danışıb.
“Ataların belə bir sözü var ki, günah öldürəndə yox, öləndə olur. Bu, mənim şəxsi fikrimdir. Hər bir insanın içində tərbiyəsi olmalıdır. Qadınlar niyə döyülməlidir? Qadınlar zərif məxluqlardır. İndiki zəmanədə elə qadınlar var ki, çox kişinin görə bilmədiyi işi görürlər. Onlara əl qaldırmaq olar? Mən uşaq vaxtı, gözümü açandan, anamı qadın kimi, atamı isə kişi kimi evdə görmüşəm. Atam indiyədək anamı döyməyib. Nə də üstünə qışqırmayıb. Məni tanıyan bilir, düzgün insanam. Olsa belə bir şey, deyərəm, olub. Özüm 28 ildir ki, ailəliyəm. Mənim də ailəmdə belə hadisə olmayıb. Mən o cür kişi ilə 10 il yox, 10 saat belə yaşamaram. Bədbəxt, gücü olmayan kişilər qadınlarını döyürlər”.