Ötən gün TQDK ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçiminin nəticələrini açıqlayıb.
Oxu.Az xəbər verir ki, tələbə adını qazanan abituriyentlərdən biri də əməkdar artist Naibə Allahverdiyevanın qızı Məryəmdir. Bu barədə aktyor İlham Əsədov şəxsi Facebook səhifəsində məlumat verib:
“Əziz Gənc Tamaşaçılar Teatrının kollektivi, əziz Naibə Allahverdiyeva sevənlər, Naibə xanımın ciyərparəsi, gözünün ağı-qarası, həyatda Naibə xanıma ruh verən teatrımızın balaca Məryəmi indi artıq böyüyüb. Məryəm 590 balla Azərbaycan Dillər Universitetinin “ingilis və rus dili” fakültəsinə daxil olub. Təbrik edirik! Çox sağ ol Məryəm, sən Naibə xanımın zəhmətini və əziyyətini yerə vurmadın. Allah sənə yar olsun!”.