Müğənni Emil Bədəlov qızının adı ilə bağlı mahnı ifa edib.
Oxu.Az xəbər verir ki, yeni mahnı “Səadət” adlanır. Mahnının musiqisi Hacı Nazim Məmmədova, sözləri isə Günel Əsgərovaya məxsusdur.
Qeyd edək ki, Emil Bədəlov 2011-ci il 24 oktyabr tarixində xalq artisti, tarzən Firuz Əliyevin qızı Xanım ilə ailə həyatı qurub. Səadət adında bir qız övladı var.
Aytən Sadıqzadə
www.oxu.az