Oxu.Az İnformasiya Agentliyi Yeni İl bayramı münasibətilə oxucularına xoş sürpriz təqdim edir.
Əlbəttə ki, bu bayramı bərli-bəzəkli şam ağacsız, səsli-küylü Şaxta babasız və şən Qar qızsız təsəvvür etmək qeyri-mümkündür.
Oxu.Az sevimli, sadiq və daimi oxucularını dərdən, qəmdən uzaqlaşdırıb bayram əhval-ruhiyəsinə kökləmək üçün bir neçə saatdan sonra qədəm qoyacaq 2016-cı ilin Qar qızının fotosessiyasını hazırlayıb.
Bu, tanınmış müğənni Emil Bədəlovun mavi gözlü, sarı saçlı, dünyalar gözəli qızı Səadətdir.
Arzu edirik ki, qarşılaycağmız Meymun ili hər birimizin həyatında bu balaca qızcığaz kimi saf, təmiz və gözəl günlərin izini qoyub getsin.
Canınız sağ, süfrəniz ruzili, arzularınız çin olsun!
Yeni İliniz mübarək!