Emin Ağalarov bu dəfə Rusiyadakı pərəstişkarlarını başına toplayacaq.
Oxu.Az xəbər verir ki, dünyaca məşhur bəstəkar-müğənni Emin Ağalarov Sankt-Peterburqda solo konsert verməyə hazırlaşır. Bu barədə müğənninin rəsmi internet səhifəsində yazı paylaşılıb.
Müğənni həmin gün yeni “Na krayu” adlı albomundakı rus dilində olan mahnılarını ifa edəcək.
Konsert fevralın 12-də “Sevgililər günü” münasibətilə təşkil olunacaq.
Aytən Sadıqzadə
www.oxu.az