Müğənni və biznesmen Emin Ağalarov “Elle” jurnalının yeni rubrikasının qonağı olub.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, jurnala ayaqüstü blits-müsahibə verən Ağalarov uşaqları, kumiri, gizli istedadı, ən sevdiyi mahnı, sevimli kino qəhrəmanı ilə bağlı sualları cavablandırıb. “Ən gözəl qadın” sualına “dünyanın ən gözəl qadını mənim anamdır” cavabını verib. “Qadında əsas nəyi dəyərləndirirsiniz” sualını isə müğənni “təvazökarlıq, səmimilik və tərbiyə” kimi cavablandırıb.