Eminin Avropa turnesi İspaniyada davam edir.
Oxu.Az xəbər verir ki, musiqiçi Madriddə bütün gününü jurnalistlərlə keçirərək ispan KİV-nə müsahibə verib. Həmin gün müsahibələrlə və radiostansiyalarla yaradıcılıq haqqında danışılan görüşlərdən başlayaraq altı TV-kanalda verilən müsahibələrlə başa çatıb.
Musiqiçinin ölkəyə səfəri “Amor” sinqlının çıxışı ilə üst-üstə düşüb. Sinql artıq “Megastar FM”də səsləndirilir. Klip isə ölkənin 40-dan çox kanalında nümayiş etdirilir.
2015-ci ilin əvvəlində Emin İspaniyaya canlı şou və TV çıxışları üçün qayıdacaq.
Aytən Sadıqzadə