Müğənni-bəstəkar Emin “ZR AWARDS 2014”-ün namizədləri sırasındadır.
Oxu.Az-ın məlumatına görə, Emin müsabiqədə üç nominasiya üzrə yarışır: “İlin müğənnisi”, “İlin dueti”, “Ən seksual kişi ifaçı”.
Mükafatlandırma mərasimi fevralın 23-də Kreml sarayında keçiriləcək. Gecədə eyni zamanda müsabiqənin 40 illik yubileyi qeyd olunacaq.
Namizədlər arasında Dima Bilan, Natali, Maksim, Sati Kazanova, Svetlana Loboda, İrina Alleqrova və başqaları yer alıblar.
Səs vermək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: