Müğənni-bəstəkar Emin “Zabıt tebya” (“Səni unutmaq”) adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, mahnının sözləri və musiqisi Oleq Vladiyə aiddir. Klipin rejissoru Aleksey Qolubev, opreratoru Serqey Dışukdur. Süjet xətti müğənninin özünə məxsusdur.
““Səni unutmaq” mahnısı təsdüfən əlimə düşdü. Adətən mən başaqlarının bəstələdiyi mahnıları ifa etmirəm, ya da çox nadir hallarda oxuyuram, ancaq bu mahnı xüsusi idi – müəllifi Oleq Vladidir. Mahnı ondan bəhs edir ki, sevgi keçə bilər, amma insanı gecələr yatmağa qoymayan izlər buraxır. Klipə gəldikdə, rejissorluğu Aleksey Qolubevə həvalə etmişəm, ssenarisini isə özüm təklif etmişəm. Şadam ki, Aleksey bu hekayəni dərin və emosional çəkməyə nail olub. Ümid edirəm sizin də xoşunuza gələcək”-deyə Emin bildirib.
Klipdə Emin Ağalarovun tərəf müqabili aktrisa Yelena Podkaminskayadır.
Aytən Sadıqzadə
www.oxu.az