May ayının 27-si dünyaca məşhur bəstəkar-müğənni Emin Monte-Karloda “World Music Awards”da çıxış edəcək.
Oxu.Az xəbər verir ki, bütün dünyada yayımlanan şou çərçivəsində Riki Martin və Meray Keri kimi məşhurlar çıxış edərək musiqi sahəsində qazandıqları nailiyyətlərə görə “Icon Award” mükafatı ilə təltif ediləcəklər.
Xatırladaq ki, Eminin “World Music Awards”da üç kateqoriyada: “Ən yaxşı ifaçı”, “Dünyada ən yaxşı canlı ifa” və “Ən yaxşı artist” nominasiyaları üzrə namizədliyi irəli sürülüb.