Bəstəkar-müğənni Emin “Xərçəng əleyhinə birləşək” adlı layihədə iştirak edib.
Oxu.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, layihənin məqsədi xərçəng xəstəliyindən əziyyət çəkənlərə maddi və mənəvi dəstək olmaqdır.
Videoçarxda Eminlə yanaşı aktrisa Darya Moroz və Marina Aleksandrova da çəkilib.
Qeyd edək ki, Emin eyni zamanda “Master Card” xeyriyyə kampaniyasının səfiri təyin edilib.