Məşhur aktrisa Emma Stoun və aktyor Endru Qarfild ayrılıb.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, cütlüyün ayrılmasına səbəb vaxt darlığıdır. Onların başı kariyeraya o qədər qarışıb ki, bir-birini görməyə belə vaxt tapmırlar. Beləliklə, ailə qurmağa hazırlaşan ulduzlar, üçillik münasibətlərini evliliklə deyil, ayrılıqla sonlandırıb.
Xatırladırıq ki, onların münasibətləri “İnanılmaz Hörümçək adam 2” filminin çəkilişləri zaman başlamışdı. Aktrisa hətta toya hazırlaşdıqlarını da etiraf etmişdi.
Aytən Sadıqzadə