2 milyon dollara layihəyə “bəli” deyən Məryəm Üzərliyə, 1,5 milyon dollarlıq bir də ev hədiyyə edilib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türk-Dubay ortaq istehsalı olan teleseriala çəkilmək üçün Dubay şəhərində bir kino şirkəti ilə müqavilə imzalayan aktrisa həmin layihəyə 2 milyon dollara razılaşıb. Həmin şirkət Üzərliyə 1,5 milyon dollarlıq “Dubai Marina”da ev və cip də bağışlayıb.
Artıq Dubayın “MB3” telekanalı aktrisanı qarşılamağa hazırlaşır. Ərəb pərəstişkarları isə sosial şəbəkədə “Səni səbirsizliklə gözləyirik” kimi şərhlər yazırlar.