“Muhteşem Yüzyıl” serialı ilə ərəb dünyasına da şöhrət qazanan türk aktrisa Pelin Karahan “Ən yaxşı aktirsa” nominasiyasında Beyrudda mükafalandırılacaq.
Oxu.Az xəbər verir ki, aktrisa mükafatını almaq üçün 12 iyunda keçiriləcək Beyrud Beynəlxalq Mükafat Festivalına (Beirut International Awards Festival) qatılacaq.
Beyrudda ərəb dünyasının qabaqcıl prodüserləri ilə tanış olan Karahan ona təklif edilən reklam və film layihələrinin rəhbərləri ilə də görüşəcək. Aktrisanın mərasimdə geyinəcəyi paltarı isə məşhur stilist Tuvana Büyükçınar hazırlayır.
İtalyan aktrisa Ornella Mutinin də qonaqlar arasında olacağı mükafatlandırma mərasimi bütün ərəb kanallarından canlı yayımlanacaq.
Aytən Sadıqzadə
www.oxu.az