Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Erotik səhnəli serial qalmaqalı böyüyür
“Qız yükü” teleserialının ətrafında yaranan qalmaqal səngimək bilmir. Artıq tərəflər arasındakı gərginlik məhkəmə instansiyasına çıxıb. Serialın ssenari müəllifi qonararını ala bilmədiyi üçün rejissor İntiqam Hacılını məhkəməyə verib.
Oxu.Az aznews.az-a istinadən xəbər verir ki, filmin ssenaristi Arzu Soltan deyib ki, məhkəməyə müraciət etməsinə səbəb onun hüquqlarının İ. Hacılı tərəfindən pozulmasıdır.
A.Sultan əlavə edib ki, baş verənlərlə bağlı “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının rəhbəri Vüqar Qaradağlıya məktub ünvanlayıb.
Ssenarist bildirib ki, müraciətdən dərhal sonra ATV rəhbərliyi media vasitəsilə ona cavab verib:
“Bu qurumun rəsmisi deyib ki, həmin məsələnin onlara heç bir aidiyyatı yoxdur. Bu problem rejissor ilə ssenaristin arasında həll olunmalıdır”.