Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ev dustaqlığına məhkum edilən Mehmet Ali Erbillə bağlı növbəti məhkəmə qərarı
Türkiyədə qanunsuz mərc oyunlarına təşviq iddiası ilə ev dustaqlığına məhkum edilən məşhur aparıcı və aktyor Mehmet Ali Erbilin məhkəməsi keçirilib.
Oxu.Az bu barədə İHA-ya istinadla xəbər verir.
Bildirilir ki, iclasda aylıq gəlirinin 300-400 min lirə (13.9-18.6 min manat) olduğunu bildirən Erbil müğənni Serdar Ortaçla birlikdə Maltaya hotel açılışına dəvət olunduqlarını deyib. Məşhur aparıcının sözlərinə görə, orada onları canlı yayıma çıxarıblar və reklam məqsədilə köynək vermək istəyiblər, amma nə Erbil, nə də Ortaç bunu qəbul ediblər.
"Mən videoda xüsusi olaraq vurğuladım ki, qanunsuz mərc oyunlarını heç vaxt oynamaram, siz də etməyin. Reklam üçün getsəydim, belə bir şey deməzdim. Reklam məqsədilə deyil, açılış üçün getmişdik oraya. Bunun karyera və ya yaşla əlaqəsi yoxdur, böyük professorlar da fırıldağın qurbanı olurlar. Bizim də gözümüz bağlandı, belə üzqaraldan cinayətə görə burada olmaqdan utanıram", - deyə o bildirib.
Daha sonra iclasda Serdar Ortaç şahid qismində ifadə verib.
"Maltaya gedən kimi süfrə açdılar. Sonra elə oradaca müsahibə almağa başladılar, hər şey gözəl gedirdi, birdən iş qumara çevrildi. Sonradan onların köynək geyindiklərini gördük. Bizə də pul verib, "köynək geyin" dedilər, biz dərhal çıxdıq. Peşman olduq, amma çox gec idi. Səhər üçün uçuş bileti tapıb geri qayıtdıq", - deyə o bildirib.
İclasda prokuror Erbil üçün "mərc və ya şans oyunlarını oynamağa təşviq etmək" cinayəti üzrə 1-3 il müddətinə həbs cəzası tələb edib.
Məhkəmə təqsirləndirilən Erbil barəsində "imza atma" şəklindəki nəzarət tədbirinin ləğv edilməsinə, xaricə çıxış qadağasının ləğv edilməsi tələbinin isə hökm ilə birlikdə dəyərləndirilməsinə qərar verib.
Hakim, həmçinin təqsirləndirilənin vəkillərinə müdafiə üçün möhlət verib və iclası təxirə salıb.
"Mehmet Ali Erbil" teqi üzrə xəbərlər
- Maltadakı konsert Serdar Ortaç kimi, Keremcan Durmaza da baha başa gəldi: Həbsinə qərar verildi
- Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu
- Ev dustaqlığına məhkum edilən Mehmet Ali Erbil və Serdar Ortaç ilə bağlı növbəti məhkəmə qərarı
- Serdar Ortaç və Mehmet Ali Erbil üçün tələb olunan cəza bəlli oldu
- Serdar Ortaç və Mehmet Ali Erbildən sonra Acun Ilıcalı da istintaqa cəlb olundu