Aparıcı Turanə Hüseynli evlənmə xəbəri ilə bağlı açıqlama verib.
O, bu barədə “Instagram” hesabında video paylaşıb.
Turanə qeyd edib ki, səhifəsi ötən gecə oğurlanıb:
“Ötən gecədən etibarən səhifəm məndə deyildi, oğurlanmışdı. İndi qaytarmışıq. Bilmirəm bu evlənməklə bağlı paylaşımı kim edib, niyə edib? Hansı məqsədi var imiş? Mən o saatlarda yatmışdım, heç nədən xəbərim olmayıb”.
11:42
Tanınmış aparıcı və aktrisa Turanə Hüseynli evlənir.
O, bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.
Turanə bildirib ki, ona gələn evlilik təklifinə “hə” cavabını verib.
İzləyiciləri sənətçini bu münasibətlə təbrik ediblər. Aparıcı isə evlənəcəyi şəxsin kimliyini açıqlamayıb.
Qeyd edək ki, T.Hüseynli uzun illər İTV-də aparıcılıq edib. O, həmçinin “Fərhad və Şirin”, “İfşa” kimi seriallarda da çəkilib.