Məşhur müğənni Tarkanın böyük qardaşı Hakan Tevetoğlu ilə həyat yoldaşı Birsel Tevetoğlunun evlilikləri sona çatıb.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, cütlük məhkəmədə ikitərəfli razılaşma yolu ilə boşanıb.
Onların 6 yaşındakı qızlarının vəlayətini anaya verən məhkəmə Hakan Tevetoğlunun qızına aylıq 500 lirə aliment ödəməsinə qərar verib.

Birsel Tevetoğlu boşandıqdan sonra da “Tevetoğlu” soyadını istifadə edəcək.
Aytən Sadıqzadə
www.oxu.az