Bu gün də “Günaydın” verilişi mövzusu ilə daha bir söz-söhbətin əsasını qoyub.
Oxu.Az Gecce.az-a istinadən xəbər verir ki, mövzusu məşhurların həyatını özü üçün nümunə seçən insanların müzakirəsinə həsr edilən verilişin qonaqları sırasında xalq artisti Zümrüd Məmmədova ilə yanaşı, şair və jurnalistlər də olub.
Sara Səfurə adlı xanım jurnalistin indiki gənclərin yerli məşhurlara bənzəmək istəyi haqda söylədikləri studiyadakıları çox təəccübləndirib:
“Mən bir neçə il bundan öncə uşaqlar haqda 4 kitab yazdım. Onun üçün məcbur idim ki, oturub tək-tək uşaqlarla söhbətləşim. Bizim uşaqlar Aygün Kazımovaya, Rəqsanəyə oxşamaq istəyirlər. Səbəbini soruşanda bahalı maşınını, geyimini, evini misal göstərirlər. Deyirəm ki, “Siz heç bilirsinizmi o pullar necə qazanılır?!” Maraqlısı burasındadır ki, övladlarının həmin məşhurlara bənzəməsinə, onların getdiyi yolu getməsinə valideynləri də razıdırlar”.
Jurnalist xanımın bu sözlərindən qəzəblənən şair Əziz Musa olduqca sərt reaksiyası ilə diqqət çəkib:
“Heç bir valideyn istəməz ki, onun övladı Aygün, Röya olsun. Hansından soruşursan kosmonavat, mühəndis olmaq istədiyini deyir. Onlar özləri özlərini biabır edir. Bəlkə, xalq heç bilmir onların həyatında nə var, nə yox, özləri açıb hər şeyi danışırlar. Belə insanlara hansı uşaq, gənc oxşamaq istəyər ki?!”.