Mən də istəyirəm çimərliklərdə rahat gəzə bilim, qısa şalvar geyinim, amma alınmır.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu “Region TV”-də yayımlanan “Şou Məkan” verilişinə müsahibə verən xalq artisti Faiq Ağayev deyib. O, məşhurluğunun şəxsi azadlığını məhdudlaşdırdığını bildirib. Sənət həyatında 26 ili geridə qoyan xalq artisti, tamaşaçılarına inandığını da açıqlayıb:
“5 günlük konsert keçirmək üçün adam gərək şir ürəyi yesin, amma mən tamaşaçılarıma arxayınam”.
Sənətçimiz 26 illik səhnə həyatında başına gələn maraqlı hadisələrdən də danışdı:
“Konsert öncəsi ayağım sınmışdı, səhnəyə əsa ilə çıxdım, amma tamaşaçı bunun bir tamaşa olduğunu düşündü. Elə olub ki, 40 dərəcə hərarətlə səhnəyə çıxmışam”.