Sizə rəqqasə Oksananın Dubaya hind aktyorları ilə görüşə getdiyi baradə xəbər vermişdik.
Maqazin verilişlərinin birində Fatimə bu mövzuda sualları cavablandırıb.
Oxu.Az xəbər verir ki, sənətçi “Telemaqazin” verilişinə açıqlamasında “Bu yaxınlarda Oksana Şahrux Xan üçün Dubaya gedib. Siz nə əcəb o konsertdə olmaq istəmədiniz?” sualına belə cavab verib:
“Mən Şahrux Xanın pərəstişkarı deyiləm. Bütün dünya rəqslərini oynaya bilirəm. Durub o ölkələrin rəqqaslarına pərəstiş etməyəcəm ki... Məni musiqi maraqlandırır. Rəqsin, musiqinin pərəstişkarıyam. Hansısa məşhura fanatlıq etmək mənlik deyil”.
Aytən Sadıqzadə
www.oxu.az