Yumor ustası Fərda Xudaverdiyevin ANS telekanalında yayımlanan “Formula 3” adlı verilişinin yayımı dayandırılıb.
Oxu.Az Axşam.az-a istinadla xəbər verir ki, o, verilişin tələb olunan reytinqi yığmadığını bildirib:
“Hazırda telekanallarda reytinq məsələsinə daha çox fikir verilir. Bizim veriliş ANS-in istədiyi nəticəni vermədi. Əvvəldən razılaşdığımız şərtlərə əməl olunmadı. Məndən verilişin quruluşunu dəyişməyimi istədilər. Amma onu edə bilməzdim. Onların istədiyi gülüş forması bizi uçuruma aparır. Mənim yumora baxışım fərqlidir. Bizdə isə bunu az adam qəbul edir. Mənim verilişimdəki yumor ciddiliyi sevir. Bir müddətdən sonra fərqli verilişlə başqa telekanalda efirə çıxacam”.