Son zamanlar mətbuatda əcnəbi vətəndaşlarla ailə quran məşhurlar çox müzakirə olunur. Bəziləri onları qınayır, bəziləri bu nikaha normal baxmadığını söyləyir. Belə nikaha imza atanlardan biri də opera ifaçısı Fidan Hacıyevadır. O, əcnəbi vətəndaşla ailə quranlara söz atanların cavabını verib.
Oxu.Az bildirir ki, “Lider” telekanalında yayımlanan “Bu saat” verilişinə qonaq olan Fidan xanım həyat yoldaşı ilə münasibətlərindən danışıb:
“Onunla Milad bayramında tanış olmuşuq. “Karmen” tamaşasını izlədi və mənə dedi ki, bu, məni valeh etdi. Daha sonra mən onu “Arşın mal alan”a dəvət etdim. Beləcə tanışlığımız başladı. İnsanın hansı millətdən olması önəmli deyil. Əsas odur ki, mən xoşbəxtəm. Filip uzun müddətdir Azərbaycandadır, buranı çox sevir”.
Xatırladaq ki, 8 il əvvəl İngiltərə vətəndaşı ilə ailə quran Fidan Hacıyeva üç övlad anasıdır.
Aytən Sadıqzadə
www.oxu.az