“The best model of Azerbaijan” müsabiqəsinin qalibi, Azərbaycanın ən yaraşıqlı oğlanı kimi tanınan model Azər Atakişiyev şok açıqlama ilə çıxış edib.
Oxu.Az-ın ailəm.az-a istinadla xəbərinə görə, model bildirib ki, yaşlı qadınlardan ona birlikdə olmaq təklifi gəlir:
“Mən hər zaman qadınların marağında olan biri olmuşam. Baxırsan, məndən yaşca çox-çox böyük xanımlar mənə “gəl bərabər olaq” təklifi edirlər. Hətta elə yaşlı xanım olub ki, mənə pul da təklif edib. Amma inanın ki, yox demişəm. Çünki mən özümdən 20-25 yaş böyük qadınla münasibətdə olmağı özümə yaraşdırmaram”.
Model deyib ki, bəzən də özündən bir-iki yaş böyük olan qızlar ona evlənmə təklif edir.