Məşhur model Gigi Hadid 2016-cı ilin payız mövsümündən etibarən “Tommy Hilfiger” qadın geyimləri brendinin səfiri kimi tədbirlərə qatılacaq.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, səfir təyinatına uyğun olaraq qadınlar üçün idman geyimləri, ayaqqabı və aksessuarlar, eyni zamanda, saatlar, gün eynəkləri və yeni ətirlərdən ibarət kapsul kolleksiya hazırlayacaq.
Tommy Hilfiger bu əməkdaşlıqdan duyduğu xoşbəxtliyi bu sözlərlə dilə gətirib:
“Gigi moda dünyasının ən çox təqib edilən adlarından biridir. Dəfilələrimizdə podiuma çıxır, indi də “Tommy Hilfiger” qadın geyim və ətrinin yeni üzü olacağı üçün böyük xoşbəxtlik duyuruq”.
Gigi Hadid isə yeni işbirliyi ilə əlaqədar bunları deyib:
“Tommy-nin belə bir əməkdaşlıq təklifi etməsi mənə hələ də yuxu kimi gəlir. Tommy birlikdə çalışılacaq ən sadə və möhtəşəm insandır. “Tommy Hilfiger” brendini çox bəyənirəm və bu brendin reklam kampaniyalarını həmişə izləmişəm”.
Reklam çəkilişləri 2016-cı ilin əvvəllərində Nyu-Yorkda başlayacaq. Payızda isə xüsusi çap, onlayn və açıq hava reklamları dünya səviyyəsində təqdim olunacaq.