Braziliyalı top model Ana Hickman Fashion Week nümayişinə qatılmaq üçün İstanbula gəlib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sau Paulodan İstanbula gələn Hickmann-ı İntergöz sahibi Sami Dəmir çiçəklə qarşılayıb.
Dünyaca məşhur markaların siması olaraq tanınan Ana Hickmann oktyabrın 17-də Mercedes Benz Fashion Week İstanbul dəb nümayişi çərçivəsində dizayner Hakan Akkayanın kolleksiyasından geyimlər təqdim edəcək. Model eyni zamanda İstanbulda öz adını daşıyan eynək markasının da təqdimatını edəcək.
Türkiyəyə ilk dəfə gəldiyini dilə gətirən Hickmann “İstanbula ilk gəlişimdir. Burada olduğum üçün çox həyəcanlıyam. İstanbul haqqında mənə çox şey söyləyiblər. Gözəl şəhərdir. Əla insanlar, gözəl yeməklər... İstanbuldakı çoxmədəniyyətlilik diqqətimi çəkdi”,- deyə müsahibə verib.
Qeyd edək ki, ayaqlarının uzunluğu 118 sm olan Ana Hickman “Ən uzun ayaqlı model” olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Aytən Sadıqzadə