Azərbaycanda fəaliyyət göstərən türkiyəli müğənni Gökhan Erol ailə həyatı qurmağa hazırlaşır.
Oxu.Az-ın xəbərinə görə, Erolun toyu avqustun 12-də Türkiyədə olacaq.
Xatırladırıq ki, müğənni may ayında Türkiyədə Neşə Kumtepe adlı xanımla nişanlanmışdı. Nişan mərasimində müğənninin qardaşı bəstəkar Hakan Erol və həyat yoldaşı azərbaycanlı şairə Leyli İsrafilova da iştirak etmişdi.
Aytən Sadıqzadə
www.oxu.az