23 yaşlı Eşton Kolbi gözəl sarışın olmaqdansa kişi olmağı üstün tutub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bir neçə gözəllik müsabiqəsində gözəllik kraliçası titulunu qazanan Ohaya ştatından olan Eşton Kolbi, hər zaman öz rəqiblərinini paxıllığına tuş gəlirdi.

Jurnalistlərinin fikrincə, gözəl sarışın “Miss Amerika” adı üçün də mübarizə apara bilərdi, amma o, gözləniləmdən xarici görünüşünü və model karyerasını özünün – kişi olmaq arzusunun həyata keçməsinə dəyişdi.

Harmondəyişmə terapiyası kursu, testosteron və sinəsinin götürülməsi əməliyyatından sonra qız yaraşıqlı cavan oğlana çevrildi. Bu oğlan saatlarla trenajor zalında öz əzələlərini qaydaya salmaq üçün çalışır.

Kolbinin sözlərinə görə, gənc transgenderin onu daha da xoşbəxt edən daimi rəfiqəsi də peyda olub.
“Kişi olmaq arzumu bildirdikdə çoxları gözəl qızın niyə belə əsaslı şəkildə dəyişmək istədiyini anlmadılar. Amma cazibədar sarışın olduğum halda daxilimdəki kişi paltar və makiyaja pul xərcləmədən də xoşbəxt olmağın mümkünlüyünü bilirdi”, - Kolbi deyib.

Eştonun 17 yaşı olarkən onun xarici görünüşü yerli gözəllik müsabiqəsinin təşkilatçılarının diqqətini çəkib. O zamandan qız bu müsabiqələrin daimi iştirakçısı olub. O, mütəmadi olaraq ya tacın, ya da ilkin yerlərin sahibi olurdu (məsələn, “Miss Teen Columbus” müsabiqəsində ikinci yeri tutub).

2011-ci ilin noyabrında Eşton “Miss Ohaya” müsabiqəsində iştirak edib, bu müsabiqə onun karyerasında son müsabiqə oldu.

“Mənim son müsabiqəm “Miss Ohayo” oldu, bu müsabiqə məni “Miss Amerika” müsabiqəsinə aparıb çıxara bilərdi, amma mən artıq iştirak edərkən bu müsabiqəyə nifrət edirdim”, - Eşton bildirib.

“Bu müsabiqədən sonra mən trans-kişilər haqqında videolara baxmağa başladım. Video mənə əminlik verdi və özümü anlamağa başladım. O zaman cinsimi dəyişməyə dair ümid yarandı”, - Kolbi bildirib.

2012-ci ilin fevral ayında Eşton özünü transseksual elan etdi və kişi kimi yaşamağa başladı.
“Son müsabiqədən yalnız 6 ay keçmişdi, insanlar gözəllik kraliçasının karyerasını sona çatdırmaq istəyimi anlamırdılar və bunun üçün heyfsilənəcəyimi deyirdilər”, - Eşton deyib.

Kolbinin sözlərinə görə, hamıdan çox anası məyus olub, o qızının model kimi görürdü.
Atası isə gözlənilmədən Kolbinin tərəfinə keçib. Onun qərarını dostları da dəstəkləyib.

Eşton 2012-ci ilin iyununda 20 yaşı olanda testeosteron inyeksiyalarına başlayıb, 2013-cü ilin mayında isə onu atası qız-oğluna iki qat mastektomiya üçün 8000 dollar ödəyib.

Artıq bir ildir ki, Eşton öz rəfiqəsi Laura ilə bərabər yaşayır. Cütlük gələcəkdə uşaq sahibi olmağı da planlaşdırır.

Eşton YouTube-kanal yaradıb və onun yardımı ilə transseksualları müdafiə etməyi düşünür.
Aytən Sadıqzadə
www.oxu.az