Almaniyada model yarışması bomba xəbəri səbəbi ilə ləğv olunub.
Oxu.Az xəbər verir ki, Almaniyada təşkil edilən "Almaniya topmodelini axtarır" adlı yarışmanın TV-də canlı olaraq yayımlanan finalı, bomba xəbəri səbəbilə ləğv edilib. Minlərlə tamaşaçı salondan çıxarılıb.
Məlumata görə yarışmanın təşkil edildiyi Mannheim-dəki SAP Arena-ya telefonla bomba xəbəri verilib. Şəxsiyyətini açıqlamayan bir qadının telefon zəngindən sonra təxminən 10 min tamaşaçının olduğu salonun boşaldılması qərarlaşdırılıb.
SAP Arena-nın yanında yerləşən başqa bir binada da xüsusi təlimli itlərlə axtarış edilib. Axtarışda soyunma otaqlarında şübhəli bir çamadan tapılıb. Polis əməkdaşları çamadanda hər hansı bir partlayıcıya rast gəlmədiyini açıqlayıb.
Qeyd edək ki, Heidi Klum-un aparıcılıq etdiyi "Almaniya topmodelini axtarır" (“Germany's next topmodel”) adlı yarışma 10-cu dəfə təşkil edilir.
Bu dəfəki bomba həyəcanlı finala 17 - 19 yaşları arasında 4 gənc qız qalmışdı.
Aytən Sadıqzadə
www.oxu.az