Ötən gün Türkiyədə “Four Seasons Hotel Istanbul at the Bosphorous”da “GQ Men of the Year” möhtəşəm mükafatlandırma mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, GQ tərəfindən 19 ildir dünya səviyyəsində keçirilən və Türkiyədə bu il üçüncü dəfə təşkil edilən “GQ Men of the Year” mükafatlandırma mərasimində ilin kişisi və qadını seçilib.
Dilara Gönderin aparıcılıq etdiyi gecədə “İlin Beynəlxalq Ulduzu” mükafatını bütün dünyada izlənilmə rekordları qıran və Türkiyənin CNBC TV-də yayımlanan “Game of Thrones” serialında canlandırdığı Jaime Lannister roluyla tanınan aktyor Nikolaj Coster-Waldau alıb.
“İlin Adamı” və “Akmerkez Xüsusi Mükafatı”nın sahibi aktyor Halit Ergenç olub.
Halit Ergençin mükafatını “Muhteşem Yüzyıl”dakı həmkarı, Hürrem Sultan rolu ilə hər kəsin könlünü fəth edən Məryəm Uzerli təqdim edib. Meryem Uzerli mükafatı təqdim edərkən Halit Ergençin önündə diz çöküb.
Aytən Sadıqzadə