Müğənni Gülay Zeynallı bir müddət əvvəl marketlə bağlı açıqlamasına mənfi rəy yazanları polisə şikayət edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Bu mövzuda son paylaşımımdır. Bəziləri yazır ki, sən kimsən axı? Deyim sizə? Paylaşımların altından 200, 300 şərh yazdığınız mənəm. Market söhbətinə gəldikdə isə: mən özümü sıravi insanlarla yox, tanınmış insanlarla müqayisədə demişəm ki, komplekssiz insanam. Hər işimin arxasınca özüm gedirəm, işçilərim olsa belə. 10 faizi çıxmaqla, hansı sənətçi dükana gedir? Görən olur tez-tez? Heç biri. Çünki sənətçidirlər. Ona görə də bir şeyi düzgün başa düşün, sonra fikir bildirin. Onsuz da mənim fikrimi başa düşən düşüb. Bəzilərini də buradan başa salıram ki, o şərhə ayırdığınız zamanı həyatınıza, evinizə ayırın.
Qeyd edirəm ki, dərinə gedib, artıq şərh yazan bəziləri haqqında şikayət ərizəsi təqdim etmişəm", - deyə müğənni yazıb.
Xatırladaq ki, Gülay verilişlərin birində "Mən marketə girib bazarlıq edib çıxan adamam, mənim heç kompleksim yoxdur. Hansı sənətçi makiyajsız. eynəksiz marketə girir?", - demişdi. Onun bu sözləri izləyicilər tərəfindən birmənalı qarşılanmamış, sosial şəbəkə istifadəçiləri müğənnini eqoistlikdə günahlandırmış və müxtəlif rəylər yazılmışdı.
Həmin görüntüləri təqdim edirik:
@oxuaz Müğənni Gülay Zeynallı bir müddət əvvəl marketlə bağlı açıqlamasına mənfi rəy yazanları polisə şikayət edib. #gülayzeynalli ♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
Rəylər